Rusiya Azərbaycan və İran məhsullarını geri qaytardı

Rusiya Azərbaycan və İran məhsullarını geri qaytardı

Rusiyanın Dağıstan Respublikası üzrə Baytarlıq və Fitosanitar Nəzarət Federal Xidməti (Rosselxoznadzor) İdarəsinin dövlət müfəttişləri Azərbaycan və İrandan gətirilən 105 tona yaxın məhsulun bir neçə partiyasının geri qaytarılmasına dair qərar qəbul ediblər.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, geri qaytarılan məhsullara dörd partiya gavalı və hər birinin çəkisi 12,5 və 18,5 ton bir partiya qara çay və bir partiya şaftalı daxildir.

Qeyd edək ki, məhsullarda şərq meyvəyeyəni və yovşan-quyruq ambroziya aşkarlanıb. Zərərvericilərin mövcudluğu “Ümumrusiya Bitkilərin Karantin Mərkəzi” FDBM şöbəsinin rəyi ilə təsdiqlənib. Yüklərin sahibləri inzibati məsuliyyətə cəlb olunaraq məhsullar ixracatçı ölkələrə geri qaytarılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
871 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...