Azərbaycanda 83 yaşlı qadın və 89 yaşlı kişi EVLƏNİB

Azərbaycanda 83 yaşlı qadın və 89 yaşlı kişi

2018-ci ilin 6 ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkədə 27525 nikaha daxilolma halı qeydə alınıb.

Bu barədə Modern.az-a Dövlət Statistika Komitəsinin (DSK) İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müavini Leyla Kərimova məlumat verib.

DSK rəsmisi qeyd edib ki, nikaha daxil olan kişilər arasında ən gənci 18 yaşda, ən yaşlısı 89 yaşında olub:

“Ailə quran qadınlardan ən gənci 17 yaşda, ən yaşlısı isə 83 yaşda olub. Nikaha daxil olanların orta yaşı kişilər üçün 28,8, qadınlar üçün 24,2 yaş təşkil edib”.

Qeyd edək ki, nikaha daxil olanlardan 1001 nəfəri əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə münasibətlərlərini rəsmiləşdiriblər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
744 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...