Binəqədiyə yeni DYP-yə rəis təyin edildi - Mərdan Əliyev

Binəqədiyə yeni DYP-yə rəis təyin edildi -

Daxili işlər naziri Ramil Usubov Dövlət Yol Polisinin Binəqədi Rayon Şöbəsinə yeni rəis təyin edib. Avtosfer.az xəbər verir ki, Ramil Usubovun müvafiq əmrinə əsasən polis mayoru Mərdan Əliyev Binəqədi Rayon DYP Şöbəsinə rəis təyin olunub. Sözügedən məlumatı Binəqədi Rayon DYP-dən təsdiqləyiblər.

Qeyd edək ki, Mərdan Əliyev bundan öncə Sumqayıt Şəhər YPX-nin komandiri olub. Daha əvvəl isə Bakı şəhər DYPİ-də tağım komandiri, Səbail rayon DYPŞ-də inzibati təcrübə üzrə baş inspektor işləyib. Mərdan Əliyev DYP sistemində nümunəvi xidmətlərinə görə fərqlənən əməkdaşlardan biri kimi tanınır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
845 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...