Bakcell “ASAN Məktub”la uşaqların xəyallarını gerçəkləşdirməyə davam edir
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti növbəti dəfə “ASAN Könüllüləri” təşkilatının “ASAN Məktub” təşəbbüsünə qatılıb.
Layihə çərçivəsində Təhsil Nazirliyi və “ASAN xidmət”in birgə təşəbbüsü olan “Məktəblinin dostu” layihəsinin də tərəfdaşlığı ilə xüsusi aksiya təşkil olunub. “Bilik Günü” münasibətilə keçirilmiş bu aksiyanın əsas məqsədi yeni tədris ilinin başlaması ilə əlaqədar, www.asanmektub.azsaytında öz arzularını yerləşdirmiş uşaqları sevindirmək, onların arzu və istəklərini reallaşdırmaqdır.
Bu münasibətlə, Bakcell nümayəndələri və ASAN Könüllülərin iştiraki ilə xüsusi tədbir təşkil edilib və aztəminatlı ailələrdən olan 50-dən çox 1-9 sinif şagirdinə məktəb çantası və ləvazimatları hədiyyə olaraq verilib.
“ASAN Məktub” layihəsinin əsas məqsədi həssas qruplara aid olan uşaqlara sevinc bəxş etmək və cəmiyyətdə sosial məsuliyyət və qayğı hissini daha da artırmaqdır. Bakcell şirkəti artıq 2 ildən çoxdur ki, bu layihəyə dəstək göstərir. Bu müddət ərzində “Bakcell”in dəstəyi ilə Bakı və Azərbaycanın bölgələrində (Lahic, Qəbələ, Şirvan, Neftçala) 500-ə yaxın uşağın arzusu gerçəkləşdirilib. Uşaqların saf arzularını reallığa çevirən bu layihə www.asanmektub.azinternet səhifəsi vasitəsilə 14 yaşadək olan uşaqları əhatə edir. Layihə çərçivəsində uşaqların yazdığı məktublar sayta yerləşdirilir və onların istəkləri xeyirxah vətəndaşlar tərəfindən reallaşdırılır. Layihənin mobil rabitə dəstəyi isə Bakcell şirkəti tərəfindən təmin edilir.
Xüsusi qayğıya ehtiyacı olan və həssas qruplara aid uşaqları daim diqqət mərkəzində saxlayan Bakcell şirkəti uşaqlara sevinc bəxş etmək və onlara qayğı və diqqətini göstərmək üçün davamlı şəkildə “ASAN Məktub” layihəsi və busahədə həyata keçirilən digər təşəbbüslərə dəstək göstərir.
701 dəfə oxundu