Azercell-in Barama Mərkəzi “Gələcəyi qur" layihəsində məktəblilərə dəstək oldu

Azercell-in Barama Mərkəzi “Gələcəyi qur" layihəsində məktəblilərə dəstək oldu

“Azercell Telekom” MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi ölkəmizdə təhsilin inkişafına və gənclərin uğurlu karyera qurmasına dəstək məqsədilə həyata keçirilən layihə və tədbirlərdə fəal iştirakını davam etdirir. Mərkəz bu dəfə “Chevron Xəzər” LTD-nin maliyyə dəstəyi və “Junior Achievement Azerbaijan”-nın təşkilatçılığı ilə həyata keçirilən "Gələcəyi qur: Məktəblərdə karyeranın planlaşdırılması və inkişafı" layihəsində tərəfdaş kimi çixış edir.

Yuxarı sinif şagirdlərini müasir əmək bazarının tələbləri, müxtəlif peşələr və iş dünyası ilə tanış edərək onlara öz bacarıq və maraqlarına uyğun ixtisas seçimində və gələcək karyeralarını rasional şəkildə müəyyənləşdirməkdə yol göstərmək məqsədi daşıyan layihə çərçivəsində məktəblilər Barama Mərkəzində qonaq olublar. 30 şagirdin iştirakı ilə keçirilən görüşdə məktəblilər Barama İnnovasiya Sahibkarlıq Mərkəzinin faəliyyəti ilə yaxından tanış olmaq imkanı əldə ediblər. Mərkəzin əməkdaşları indiyə qədər startap və gənclərlə həyata keçirilən layihələr haqqında məlumat veriblər. Eyni zamanda uğurlu karyeranın mümkünlüyündən, yaranmaqda olan yeni ixtisaslar, peşə təliminin vacibliyi, iş etikası və iş yerindəki dəyərlər haqqında, müasir əmək bazarında innovasiyaların rolundan danışıblar. Görüşün sonunda mərkəz əməkdaşları tərəfindən məktəbliləri maraqlandıran suallar da cavablandırılıb. Qeyd edək ki, 2015-ci ildən başlayaraq Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən bu layihə bugünə kimi Bakıda yerləşən ümumtəhsil müəssisələrindən yüzlərlə şagirdi “Məqsədli Karyera” təlim proqramına cəlb edib.
Azercell-in Barama Mərkəzi “Gələcəyi qur" layihəsində məktəblilərə dəstək oldu

Məlumat üçün bildirək ki, Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi yarandığı gündən etibarən bilik və bacarıqların artırılması məqsədilə məktəblilər üçün bir sıra maraqlı layihələr həyata keçirib. Seminar və təlimlərin təşkili, yay-qış məktəb proqramlarını həyata keçiriməsi və Olimpiadalara hazırlıq kurslarında məktəblilərə dəstək Baramanın əsas fəaliyyət istiqamətlərindəndir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
649 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...