İsmayıl Nadirli haqqında yayılan xəbərlər yalandır BŞBPİ

İsmayıl Nadirli haqqında yayılan xəbərlər yalandır

Oktyabrın 26-da Şirvan rayon sakini Nadirli İsmayıl İslam oğlunun itkin düşməsi ilə bağlı Yasamal Rayon Polis İdarəsinin (RPİ) 28-ci Polis Bölməsinə müraciət daxil olub.

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən “Report”a daxil olan məlumata görə, müraciətində vurğulayıb ki, N.İsmayıl oktyabrın 26-da saat 20 radələrində işdən evə getmək adı ilə çıxaraq ünvana çatmayıb.

Daxil olan müracət üzrə keçirilən əməliyyat-axtarış tədbirləri ilə itkin düşmə kimi qeydə alınan şəxsin yeri müəyyən edilərək Bakı Şəhər Baş Polis İdarəsinə dəvət edilib, onunla profilaktik söhbət aparılmaqla ərazi üzrə 28-ci Polis Bölməsinə təhvil verilib.

Sosial şəbəkələrdə və bəzi elektron informasiya vasitələrində N.İsmayılın polis tərəfindən tutularaq saxlanılması barədə söylədiyi fikirlər həqiqəti əks etdirmir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
725 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...