Ərdoğanın iştirak etdiyi mərasimdə kuryoz hadisə

Ərdoğanın iştirak etdiyi mərasimdə kuryoz hadisə

Ötən gün İstanbul hava limanının açılış mərasimində kuryoz hadisə baş verib.

Azvision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, açılış proqramında aparıcılıq edən tanınmış aktyor Oktay Kaynarca çıxışçıları səhv salıb. Belə ki, o, başqa dövlət rəsmisini səhnəyə dəvət etməli olduğu halda, sözü Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırıma verib.

Türkiyə spikeri çaşqınlığını gizlədə bilməyib. Səhvə yol verdiyini anlayan aparıcı tədbir iştirakçılarından üzr istəyərək həyəcanlı olduğunu söyləyib. Qeyd edək ki, İstanbul aeroportunun açılışını Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
731 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...