“Nar” abunəçilərinə Göyçayda keçiriləcək Nar bayramında iştirak şansı verir

“Nar” abunəçilərinə Göyçayda keçiriləcək Nar bayramında iştirak şansı verir

Azərbaycanınmilli-mədəniirsinəbağlılıqnümayişetdirən və milli dəyərləri daim diqqət mərkəzində saxlayan “Nar” abunəçiləri üçün növbəti maraqlı müsabiqə elan edir. Mobil operator abunəçilərinə noyabrın 3-4-də Göyçayda təşkil ediləcək ənənəvi Nar bayramına getmək şansı verir. Bu məqsədlə, “Nar” sosial mediada müsabiqə elan edib. Müsabiqə oktyabrın 30-u saat 16:00-da başlayıb, noyabrın 2-si saat 12:00-a qədər davam edəcək. Nəticələr noyabrın 2-də elan ediləcək.

Suallar nar və Göyçay rayonu haqqında olacaq. Bütün suallara düzgün cavab verən ilk 20 nəfər “Nar” əməkdaşları ilə birlikdə Nar bayramında iştirak etmək üçün Goyçaya səfər edəcək. Müsabiqədə bu keçid vasitəsilə iştirak etmək olar: https://www.nar.az/promo/goychay-bayram.html

“Nar” kampaniyaları, məhsul, xidmət və tarifləri haqqında məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 7000-dən artıq baza stansiyası ilə 2,1 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
677 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...