Geomaqnit qasırğası başlayıb
Yer kürəsində G2 kateqoriyalı geomaqnit qasırğası başlayıb. “Report” xəbər verir ki, Günəş aktivliyinin növbəti üç gün ərzində (5-7 noyabr) çox aşağı səviyyədə davam edəcəyi gözlənilir.
Bu gün geomaqnit sahədə qasırğa səbəbi G1-G2 (Minor - Moderate) səviyyəsinə qədər qalxacaq. Sabah bu qasırğa səviyyəsinin davam edəcəyi, noyabrın 7-də isə nisbətən zəifləyəcəyi gözlənilir. Lakin həmin gün fasilərlə həyəcanlanmaların olacağı istisna olunmur.
Qeyd edək ki, geomaqnit sahənin belə aktivlik şəraiti enerji sistemində və peyk yayınlarında, radiorabitədə kiçik mənfi təsirlərə səbəb olur. Sürətli Günəş küləyi rejimi, maqnit sahəsinin nizamsız həyəcanlanmaları canlı orqanizmlərə də mənfi təsir göstərir. Bu həyəcanlanmalar xüsusi risk qrupundan olan xəstə və hətta bəzi sağlam insanlarda baş ağrılarının və miqrenin yüksəlməsi halları kimi narahatlıqlar, yuxusuzluq, stres və depresiya tipli hallar meydana gətirə bilər. Ona görə də belə günlərdə birbaşa Günəş şüaları altında çox qalmamaq, çoxlu maye içmək faydalıdır, kofein və alkoqol tərkibli içkilərdən imtina etmək lazımdır. Həmçinin kompüter qarşısında və mobil qurğularla (planşet, smartfon və s.) az vaxt keçirmək və ağır iş yükünü azaltmaq geomaqnit sahənin həyəcanlanmalarının sağlamlığa mənfi təsiri riskini azaldır.
675 dəfə oxundu