Azərbaycan şərablarının Rusiyaya ixracında problem - Həll üçün razılıq əldə olundu

Azərbaycan şərablarının Rusiyaya ixracında problem -

Azərbaycan şərablarının Rusiyaya ixracında yaranmış problem aradan qaldırılıb.

İqtisadiyyat Nazirliyindən BakuPost-a verilən məlumata görə, Azərbaycan şərablarının Rusiya Federasiyasına ixracı ilə məşğul olan bəzi şirkətlərin çətinliklə üzləşməsi barədə quruma müraciət daxil olub.

Müraciətlərin araşdırılması üçün İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə nazirliyin və Dövlət Gömrük Komitəsinin məsul əməkdaşlarından ibarət nümayəndə heyəti Rusiya Federasiyasına ezam olunub. Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyinin və Federal Gömrük Xidmətinin nümayəndələri ilə aparılmış müzakirələr nəticəsində texniki xarakterli məsələ aradan qaldırılıb. İxracatçı şirkətlərin bu cür məsələlərlə gələcəkdə qarşılaşmaması üçün mütəmadi informasiya mübadiləsinin aparılması barədə razılıq əldə edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
707 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...