Pegasus Qəbələdən İstanbula sərnişin daşımaq istəyir

Pegasus Qəbələdən İstanbula sərnişin daşımaq istəyir


Türkiyənin “Pegasus” aviaşirkəti Azərbaycana reysləri həyata keçirmək üçün ölkədən icazə alıb. Bu barədə Trend-ə “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, İstanbul-Qəbələ-İstanbul marşrutu üzrə aviareyslərin həyata keçirilməsi üçün razılıq verilib və “slotlar” təsdiq edilib: “Bu marşrut üzrə uçuşların başlama tarixi ilə bağlı qərar Türkiyə tərəfindən asılıdır. Türk aviadaşıyıcılarından birinin cari ilin qış mövsümündə Lənkəran şəhərinə aviareyslərin həyata keçirilməsinə başlayacağı istisna edilmir. Müntəzəm reyslər iki ölkə arasında hökumətlərarası sazişlərlə təsdiq edilir. Azərbaycan və Türkiyə mülki aviasiya orqanları arasında müvafiq saziş 2014-cü ilin noyabrında imzalanıb və hazırda bu sazişin bütün şərtlərinə hər iki tərəfdən riayət olunur”.

Hazırda AZAL şirkəti Bakıya, Gəncəyə və Naxçıvana uçuşlar həyata keçirən “Türk Hava Yolları” ilə sıx əməkdaşlıq edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 560 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...