Rauf Arifoğlu Tovuzdan deputat olmaq istəyir

Rauf Arifoğlu Tovuzdan deputat olmaq istəyir


"Yeni Müsavat" qəzetinin baş redaktoru və təsisçisi Rauf Arifoğlu doğulduğu Tovuz rayonundan namizədliyini irəli sürə bilər.

Baş redaktor Teleqraf.com-a açıqlamasında bildirib ki, o, seçkilərdə iştirakla bağlı qəti qərar verməyib: "Seçkilərdə iştirak etmək niyyətim var, amma hələ qəti qərar verməmişəm. Prosesləri izləyirəm, dairələrə baxıram. Əgər qərar verəsi olsam, bu, bir-iki gün ərzində həll olunacaq məsələdir. Ona görə də Tələsmirəm". R.Arifoğlu qeyd etdi ki, namizədliyini vermək istəsə, 106 saylı Tovuz-Ağstafa-Qazax seçki dairəsini seçəcək: "Doğulduğum kənd bu dairədə yerləşir. Amma seçkilərdə iştirak etməyə də bilərəm. Açığı seçkilərdə iştirakla bağlı böyük iddiam, həvəsim yoxdur".

Baş redaktor təbliğat kampaniyası dövründə müxalifətdən olan namizədlərə "Yeni Müsavat" qəzetinin dəstək verib-verməyəcəyinə də toxundu: "Bəzi dostlara güzəştlər olunacaq. Amma indidən bu barədə heç nə deyə bilmərəm. Məqamı yetişəndə bununla bağlı da qərarımızı verəcəyik".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 157 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...