Keçmiş sahibi “Kanaltürk” telekanalını geri istəyir

Keçmiş sahibi “Kanaltürk” telekanalını geri istəyir


Tuncay Özkan: “Ağlayanın malı gülənə xeyir verməz”

“Kanaltürk”ün keçmiş sahibi, CHP millət vəkili Tuncay Özkan 6 il öncə fətullahçıların ələ keçirdiyi kanalını geri istəyir. Özkan kanalının ondan zorla alındığını, məhkəmə yolu ilə hüquqlarını bərpa etmək istədiyini deyib:“Mən ağlayanın malının Gülənə xeyir verməyəcəyini demişdim. Bundan 7 il öncə kanalı geri almaq üçün 36 dava açmışdım. Hələ davam edən məhkəmələrimiz var. Müqavilənin ləğv edilməsi və kanalın yenidən mənə verilməsi üçün qaldırdığımız iddialar üzrə məhkəmələrimiz davam edir. Kanaltürk bizimdir. Onu bizim əlimizdən zorla alıblar”.

Odatv.com-a bu haqda açıqlama verən Tuncay Özkan deyib ki, kanalın geri alınması üçün bütün qanuni vasitələrdən istifadə edəcək:“Kanaltürkü bizdən qanunla yox, siyasi iradənin gücü ilə alıblar. Geri alınmanı çətinləşdirmək üçün 6 ildə kanal 11 dəfə əl dəyişib. Haqq və ədalət varsa, kanalımız bizə geri verilməlidir”.

Yada salaq ki, “Ergenekon” istintaqı zamanı həbs edilən və 5 il həbsdə qalan qəzetçi Tuncay Özkan 2015-ci ilin martında azadlığa çıxıb. Digər Ergenekon “suçluları” kimi onun haqqında da həbs qərarını bir müddət öncə Türkiyədən Ermənistana qaçan, sonra isə Almaniyaya sığınan prokuror Zekeriyya Öz çıxarıb.

Kanaltürkün qurucularından və kanalın keçmiş xəbər müdiri Adnan Bulut isə məsələyə münasibətini Twitter üzərindən açıqlayıb: “Kanaltürk və Eurotürkü dövlət imkanları ilə çıxmaza salıb, vergi və cərimələrlə boğub ələ keçirən F tipli çete indi qarşılığını ödəyir”.

Adnan Bulud kanalın ələ keçirilməsindən danışarkən deyib ki, öncə kanalın reklam almasını əngəlləyiblər: “Mətbuat azadlığından dəm vuranlar 2008-ci ildə linç edilməmizə səssiz qaldılar. Fətullahçılar malımıza çökməklə kifayətlənmədilər, bizi Silivri həbsxanasına göndərdilər”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 091 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...