DİN səyyar xidmətləri davam etdirir

DİN səyyar xidmətləri davam etdirir


Daxili İşlər Nazirliyinin rəhbərliyinin tapşırığına əsasən, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü ilə ölkəmizin paytaxtında, digər şəhər və rayonlarında şəxsiyyət vəsiqələrinin verilməsi, etibarlıq müddəti bitmiş sənədlərin yeniləri ilə dəyişdirilməsi üzrə səyyar xidmətlər keçirilir.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, işin səmərəliyinin daha da artırılması və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi daşıyan növbəti belə tədbir Göyçay RPŞ-nin müvafiq qurum əməkdaşlarının iştirakı ilə baş tutub.

Səyyar xidmət zamanı ümumilikdə 200 rayon sakininə yeni şəxsiyyət vəsiqələri təqdim olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 168 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...