Ermənistanda camaatı su ilə zəhərlədilər

Ermənistanda camaatı su ilə zəhərlədilər


Qonşu ölkədə 28 sakin sudan zəhərlənib zəhərlənib. Ermənistanda kütləvi zəhərlənmə qeydə alınıb.

ANS PRESS-in məlumatına görə, hadisə Ermənistanın Şirak vilayətinin Dzitankov kəndində baş verib. Nəticədə azı 28 sakin mədə-bağırsaq infeksiyasına yoluxub. Dzitankov kəndinin administrasiyasının rəhbəri Ovik Poqosyanın sözlərinə görə, infeksiya kənddəki içməli su sistemindən yayılıb.

Xarici KİV-lərin xəbərinə əsasən, infeksiya təkcə Dzitankov kəndində deyil, eyni zamanda, Araqatsotn vilayətinin yaşayış məntəqələrində və digər yerlərdə də yayılıb. Ölkənin Səhiyyə Nazirliyi faktı təsdiqləyib. Nazirlikdən bildirilib ki, laboratoriyada aparılan analizlərin nəticələrinə görə, Araqatsotn vilayətinin bir neçə yaşayış məntəqəsində, o cümlədən, Dzitankov kəndinin sakinləri arasında dizenteriya aşkarlanıb. Nazirlik baş verən hadisə ilə bağlı "Ermənistan su kanalı" təşkilatına suya nəzarətin artırılması üçün müraciət edib.


Ermənistanda camaatı su ilə zəhərlədilər



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 046 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...