« Avropa bu qərarı ilə özü-özünə sanksiya tətbiq etmiş olacaq» - Razi Abasbəyli
Son günlər Avropa Parlamentinin qəbul etdiyi məlum qətnaməsi Azərbaycanın siyasi düşərgəsində, hakimiyyət və vətəndaş cəmiyyətləri tərəfindən birmənalı qarşılanmayıb. Demək olar ki, ölkənin bütün düşərgələrində hiddətə səbəb olub. Ölkədə parlament seçkiləri keçirilir. Və media qurumlarının rəhbərləri, tanınmış ekspertlər də bu prossesdə aktiv iştirak edirlər. Tanınmış jurnalist, ekspert Razi Abasbəyli ilə parlament seçkiləri ərəfəsində regionda baş verənlər və seçki prossesi barədə söhbətləşdik.
Namizədliyinizi 63 saylı Sabirabad birinci seçki dairəsindən irəli sürmüsünüz. Hazırda seçki prosessi ilə bağlı işləriniz necə gedir?
Mən əslən Sabirabad rayonundanam. Bu rayonun ən qədim yaşayış məskənlərindən biri olan Cavad kəndində anadan olmuşam. Cavad kəndi bir neçə kəndi özündə birləşdirən sovetlikdir. Böyük bir nəslin nümayəndəsiyəm. Bu gün nəslimizdə rayonda yüksək dövlət vəzifəsi tutan, ölkə çapında tanınan xeyli sayda ziyalılar var. Mən onlarla fəxr edirəm. Mən sabirabadlı olmağımla hər zaman fəxr etmişəm, qürur duymuşam. Hazırda Seçki Qərargahımın üzvləri imzatoplama kampaniyasını həyata keçirirlər. Xeyli sayda könüllulər var ki, onlar mənim bu kampaniyamda yaxından iştirak edirlər. Mənim el-obam, camaatım məni namizədlikdən çox-çox əvvəl tanıyırlar. 1996-cı ildən Azərbaycan mətbuatında işləyirəm. Hər zaman insanlar mənə müraciət edirlər, insanlar öz problemlərinin həllində, problemlərinin ictimailəşdirilməsində məndən dəstək istəyiblər. Müraciətlərin də yüzdən 99 faizini müsbət həll olunmasına nail olmuşam. Son zamanlar ölkədə yaradılmış şərait, məmur-vətəndaş münasibətlərinin yaxşıya doğru inkişafı bizim də işimizin asanlaşmasına səbəb olub. Cənab prezidentin bu istiqamətdə tapşırıqları və bu məsələyə həssas yanaşmasından sonra bizim də işimiz asanlaşıb. İctimai nəzarət mətbuatla təşkil ediləndə məmurlar diqqətlə və həssaslıqla yanaşırlar bütün problemlərə. Ona görə də, Cənab Prezidentə bir daha bu sahəyə xüsusi diqqət ayırdığına görə təşəkkür borclu olduğumu sanıram. Məhz bu xüsusi diqqətin sayəsində mənim kimi yerli media orqanlarının öz el-obasında nifuzu yüksəlib. Seçki prosessi ilə bağlı heç bu günə qədər heç bir maneə elə rastlaşmamışam. Hər şey qaydasındadır. Xüsusilə də 63 saylı Dairə Seçki Komissiyasının üzvlərinə və sədrinin seçki prossesinə məsuliyyətlə yanaşmalarına, namizədlərə müvafiq olaraq təlimatlandırılmasında yaxından iştiraklarına görə, təşəkkür edirəm. Ümumilikdə seçki prossesi yüksək səviyyədə təşkil edilib deyə bilərəm.
Siz həm də iqtisadçı ekspertsiniz. Avropa İttifaqı Parlament Assambleyası bu günlərdə Azərbaycana sanksiyalar tətbiq edilməsi ilə bağlı qətnamə qəbul edib. Bu qətnamə Avropa ölkələrinə çağırışdır. Bu qətnaməyə münasibətiniz necədir?
Bu riyakarlığın ifadəsidir. Avropa İttifaqı rəsmən riyakarlıqla məşğuldur. Necə olur ki, Azərbaycanda mühim ictimai-siyasi hadisələr baş verəndə Avropadan guya demokratiya narahatlıqları ifadə edilir. «Avrovision» yarışması, Avropa Olimpiya Oyunları ərəfəsində biz belə demokratiyasevərlərin «narahatlıqlarını» müşahidə etdik. İnd idə parlament seçkiləri öncəsi deyəsən demokratiya narahatlıqları yadlarına düşüb. Bu gün Avropa İttifaqının komissarı Maroş Sevçoviç Cənub Qaz Dəhlizi ilə bağlı açıqlama verib. Avropa Azərbaycanın memarı olduğu mühim enerji layihələrinə ciddi ehtiyac duyur. Azərbaycan neftinin, Azərbaycan qazının regionda nə qədər aparıcı bir enerji resursu olduğunu etiraf edir. İnsan haqları, demokratiya mövzusunda Azərbaycandan heç də yaxşı durumda olmayan Avropa ölkələrində baş verənlərə göz yumur. Cənubi Qafqazda siyasi institutları olan, internet mediasının azad olduğu, sahibkarlıq, bazar iqtisadiyyatı sahəsində qazanılmış uğurlar bəzən avropalıların gözünə görünmüş. Avropada islamafobiya hakimi mütləqdir. Azərbaycanın bir neft və İslam dövləti olaraq bu qədər inkişafa imza atması, elə Avropa dəyərlərinə sahiblənməsi, bəzən daha çox irəli getməsi onları ciddi şəkildə narahat edir. İslam ölkələrinin gününü qara edən Avropanın demokratiya hərəkatları bu gün bütün cəhdlə Azərbaycana soxulmaq istəyirlər. Avropa hansı müsəlman ölkəsinə demokratiya adı ilə xoşbəxtlik, firavanlıq gətirib. Bütün müsəlman ölkələri Avropanın demokratiya adı altında müdaxiləsindən sonra bədbəxtliklərə, fəlakətlərə düçar olublar. Bu baxımdan da Avropa İttifaqının çağırışları, Azərbaycan vətəndaşları üçün heç bir əhəmiyyət kəsb etmir.
Bu çağırışlar iqtisadi baxımdan ölkəmizə hər hansı bir şəkildə təsir edə bilərmi?
Düşünmürəm ki, hər hansı bir ciddi təsiri olsun. Avropa Azərbaycana qarşı sanksiya tətbiq etsə, bu özünə, özünün illərlə peşində olduğu, həyata keçirdiyi layihələrə sanksiya tətbiq etmək demək olar. Azərbaycanın bütün neft-qaz layihələrində, nəqliyyat layiəhələrində Avropa birbaşa iştirakçı və təşəbbüsçü olub. Regionda Azərbaycanın apırıcı dövlət olaraq iştirakı ilə Gürcüstan, Türkiyə ilə ortaq layihələr var. Bu gün Azərbaycan Gürcüstana Avropa ilə bərabər həcmdə investitsiya yatırır. Bütün iqtisadi əsaslarla iddia etmək olar ki, belə bir sanksiya olmayacaq.
1 321 dəfə oxundu