Xalq artisti Musa Mirzəyevin səhhətində problem yaranıb

Xalq artisti Musa Mirzəyevin səhhətində problem yaranıb


Xalq artisti, bəstəkar Musa Mirzəyevin səhhətində problem yaranıb. Bu barədə APA-ya xalq artistinin oğlu, bəstəkar İlyas Mirzəyev məlumat verib. Onun sözlərinə görə, Musa Mirzəyev daimi həkim nəzarəti altındadır: “Həftədə iki-üç dəfə həkim müayinəsindən keçir. Daim nəzarət altında olmalıdır. Yataq şəraitində deyil, amma yaşla əlaqədar hər şey ola bilər”.

İ. Mirzəyev əlavə edib ki, M. Mirzəyevin əsas problemi nitq pozulmasıdır: “Bu, beyinlə əlaqədar olan məsələdir. Həkimlər deyir, nitqin düzəlməyi mümkün deyil. Danışığını çox az başa düşürük, amma bəzən ümumiyyətlə anlaşılmır".

Qeyd edək ki, Musa Mirzəyev 1933-cü ildə Bakıda anadan olub. O, kamera orkestri üçün “Polifonik simfoniya”, skripka və piano üçün “Romantik poema”, piano üçün “Qəmli melodiya”, piano üçün "konsert-rondo" və başqa əsərlərin müəllifidir. Bəstəkar Azərbaycan xalq artisti fəxri adına, “Şöhrət” ordeninə layiq görülüb və prezident təqaüdçüsüdür.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 174 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...