Zavod direktoru baş redaktoru təhdid edir

Zavod direktoru baş redaktoru təhdid edir


Özünü Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı kimi təqdim edən Zaur adlı şəxs təhdidlər yağdırmağa başlayıb

Ötən süjetlərimizin birində Neftçala rayonunda fəhlələrin pulunu mənimsəyən zavod rəhbəri haqda məlumat vermişdik. Yayılan xəbərdən sonra BOLGEXEBER.TV-nin (BTV.AZ) rəhbəri Vasif Turan təhdidlər almağa başlayıb.055 494 75 55 -nömrəsindən ard-arda gələn təhdid zəngələrindən biri də sentyabrın 17-si Zaur adlı şəxsdən gəlib.

Özünü Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı kimi təqdim edən Zaur adlı şəxs təhdidlər yağdırmağa başlayıb. Bolgexeber.com-a danışan Vasif Turan bildirib ki, Zaur adlı şəxs onu təhdid edərək yarım saat ərzində istər redaksiyanı, istərsə də onu tapıb, kimliyini sübut edəcəyini söyləyib. BTV-nin rəhbəri onu da bildirib ki, artıq məsələ ilə bağlı 102 xidmətini məlumatlandırıb , eyni zamanda Daxili İşlər naziri cənab Ramil Usubova və ölkə başçısı cənab İlham Əliyevə müraciət ünvanlayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 042 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...