Tanınmış jurnalist parlament seçkilərinə qatılır

Tanınmış jurnalist parlament seçkilərinə qatılır
Tanınmış jurnalist, gənclərlə iş üzrə ekspert Yelena Eyvazlı növbədənkənar parlament seçkilərində iştirak edəcək.

Gundeminfo.az xəbər verir ki, o bu barədə "Report"a müsahibəsində deyib.

Yelena Eyvazlı bildirib ki, parlament seçkilərində öz gücünü sınamağı planlaşdırır:

"Son vaxtlar ölkəmizdə dövlət başçısı İlham Əliyev tərəfindən aparılmış istalahatlar hər bir vətəndaşı, vətənini sevən hər bir insanı ruhlandırır və motivasiya edir. Mən çox sevinirəm ki, istər bələdiyyə, istərsə də parlament seçkiləri ilə bağlı çox böyük bir canlanma var. Ölkə rəhbərliyi gəncləri dövlət idarəçiliyində, siyasətdə görmək istədiyini bildirir. Bu, çox böyük məsuliyyətli bir çağırışdır. Bizim cəmiyyətimiz daim bu cür çağırışlara hazır olmalıdır.

Mən yenidən öz fikrimə qayıdıram. Hər bir şey uşaqlıqdan başlayır. Düzgün istiqamət verilən uşaqlar aktiv yeniyetmələrə və daha sonra faydalı gənclərə çevrilirlər. Bu faydalı gənclər də təkcə öz ətrafına, öz valideynlərinə, öz paşəsinə deyil, dövlətə faydalı ola biləcəklər. Artıq bu istiqamətdə aktiv iş görməliyik ki, faydalı, pozitiv, sağlam düşüncəli, savadlı, müasir trendlərlə ayaqlaşan gənclər yetişdirək. Bütün bunları nəzərə alaraq irəlidə gələn parlament seçkilərində öz gücümü sınamağı planlaşdırıram. Müasirləşən Azərbaycanımızda baş verən yenilikləri özüm üçün bunu bir çağırış olaraq qəbul edirəm və məsuliyyətini anlayıram".

Qeyd edək ki, Yelena Eyvazlı (Sidorenko) uzun illər media sahəsində çalışıb. 3 il əvvəl jurnalistikadan ayrılan teleaparıcı müxtəlif şirkətlərdə PR sahəsində fəaliyyət göstərib və bir müddət əvvəl Bakı Bloqerlik Məktəbini təsis edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
645 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...