Avtomobil bazarında qiymətlər bahalaşıb - VİDEOREPORTAJ

Avtomobil bazarında qiymətlər bahalaşıb -
Avtomobil bazarında alıcı sayında müəyyən qədər artım olsa da, satışın ümumi vəziyyəti zəif olaraq qalır.
Bu, "Report"un Badamdar qəsəbəsi ərazisində yerləşən avtomobil bazarında apardığı araşdırmadan məlum olub.

Əksər satıcıların sözlərinə görə, ötən ilin dekabr ayında bazarda alıcı sayında müəyyən canlanma müşahidə edilib. Paralel olaraq avtomobillərin qiymətləri də artıb. Ən çox artım isə maşın bazarına yeni avtomobillərin daxil olmasında qeydə alınıb. Belə ki, ay ərzində bazara ən çox Koreya və Yaponiya istehsalı olan maşınlar gətirilib.

Ümumilikdə, bazarda ən çox tələbatın "Mercedes" modellərinə və qiyməti 12-17 min manat arası olan Koreya istehsalı olan avtomobillərə olduğu bildirilib. Satıcılar qeyd edib ki, insanlar ən çox dizellə çalışan və mühərrikinin həcmi aşağı olan maşınlara üstünlük verirlər. İrihəcmli mühərriki olan avtomobillərin və Rusiya istehsalı olan maşınların isə satışının xeyli zəif olduğu bildirilib.

Alıcılar isə bazarda büdcələrinə uyğun avtomobil tapmaqda çətinlik çəkdiklərindən şikayətləniblər.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
607 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...