Bədən hərarətini aşağı salan TƏBİİ vasitələr
Bədən hərarətinin yüksəlməsi immun sisteminin güclü olduğundan xəbər verir. Onun dərman və digər vasitələrlə aşağı salınması orqanizmin müdafiə qabiliyyətini zəiflədir. Mütəxəssislərin fikrincə, ciddi səbəb olmadan, yəni termometrin göstəricisi 38,5 dərəcəni keçmədikdə dərman qəbul etməyə ehtiyac yoxdur. Qızdırma orqanizmin infeksiya ilə mübarizəyə başladığını göstərir.
Modern.az xəbər verir ki, həkim-fitoterapevt Elnur Eldaroğlunun AZƏRTAC-a verdiyi məlumata görə, bədən hərarəti yüksələndə onu normaya salmaq üçün bir sıra vasitələrdən istifadə etmək olar: “Hərarətin aşağı salınması üçün ilk olaraq xəstənin əynində qalın geyim varsa, onu çıxarmaq lazımdır. Həkimlər məsləhət görürlər ki, 1 litr ilıq suya 1 xörək qaşığı üzüm sirkəsi əlavə etmək və həmin məhlulla bədəni ovxalamaq xeyirlidir. Amma xəstə qızdırmadan titrəyirsə, onu ovxalamaq olmaz”.
Onun dediyinə görə, qızdırmanı aşağı salmaq üçün daha təsirli təbii üsullar da var və onlardan biri də moruq mürəbbəsidir: “Moruğun təsiredici və qızdırmasalıcı təsiri tərkibində külli miqdarda asitelisil turşusunun, yəni təbii aspirinin olması ilə əlaqədardır.
Hərarəti salmaq üçün ən yaxşı vasitələrdən biri də portağaldır. 4 dilim portağalın şirəsi sıxılaraq üzərinə 50 milliqram su əlavə edilir və dərhal içilir. Həmin qarışığı gündə 3-4 dəfə qəbul etmək olar.
Temperaturu aşağı salan daha bir vasitə bədənin damarlar keçən hissələrinə, yəni ayaq, qol və büküş hissələrinə, alın və boyuna ilıq suda isladılmış dəsmalın qoyulmasıdır”.
608 dəfə oxundu