7 yaşlı Yusifin köməyə ehtiyacı var - SOS

7 yaşlı Yusifin köməyə ehtiyacı var -

Şəmkir rayonunun Düyərli kənd sakini 7 yaşlı Yusif Qabil oğlu Cəfərov iki ilə yaxındır Hipofiz vəzi xəstəliyindən əziyyət çəkir.

APA TV-nin qərb bürosunun xəbərinə görə, anası Flora Cəfərova deyir ki, Yusifin vəziyyəti günü-gündən daha da ağırlaşır.

Həkimlərin dediyinə görə, Yusifin müalicəsi yalnız xarici ölkələrdə mümkündür. Ailənin isə buna gücü çatmır. Yusifin valideynləri APA TV vasitəsilə imkanlı şəxslərə müraciət edib: “Mənim balam da hamının uşağı kimi yerisin, hamının balası kimi məktəbə getsin, dostları olsun. Neçə ildən sonra 3 qızın üstündən bir oğul övladım oldu. O da bu vəziyyətdə... Mənim övladım 2018-ci ildən çox əziyyət çəkir. Mən də istəyirəm ki, mənim balam hamı kimi yerisin, hamı kimi danışsın”.

Flora Cəfərova deyir ki, onun övladı sağlam bir uşaq olub. Amma günlərin bir günü Yusif zəifləməyə başlayıb. Bakıda bir necə tibb müəssisəsinə getsələr də, uşağın xəstəliyini aşkar edə bilməyiblər. Yalnız İran İslam Respublikasındakı klinikaların birində deyiblər ki, Yusifdə Hipofiz vəzi xəstəliyi var: “Mən il yarımdır, çarpayı üzü görmürəm. Xəstəxanalarda otura-otura saxlamışam övladımı. Mən yerdə yatıram ki, balam inciməsin. Əlim üstündə yatır ki, birdən nəsə olarsa, mən bilmərəm”.

Yusifin ailəsi çox imkansızdır. Övladları bu xəstəliyə tutulanda valideynləri evlərini də satıblar ki, bəlkə uşaq sağalar. Hazırda ailə müvəqqəti olaraq Yusifin əmisigildə yaşayır. Atası isə kənddə fəhləliklə məşğul olur: “Biz nəyimiz var idi, hamısı satdıq. Maşınımızı, evimizi satdıq. Gəlib indi qaynımın evində yaşayırıq. Qayınanam xəstədir. Övladım da ilyarımdır bu vəziyyətdədir. Övladım ancaq süni yolla qidalana bilir”.

Üç bacının yeganə qardaşı olan Yusif Cəfərova kömək etmək istəyən şəxslər bank hesabına pul köçürə və ya göstərilən telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Əlaqə nömrəsi:
+ 994 50 647 31 53

Biz də Yusifə şəfa diləyirik.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
746 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...