“Azərbaycandan təklif almışdım” - Roberto Karlos

“Azərbaycandan təklif almışdım” -


“Çin, Türkiyə, Hindistan, Azərbaycan və Özbəkistanın keçmiş futbolçular ölkəsi olduğunu düşünənlər tamamilə yanılırlar. Bu ölkələrdə futbolu çox sevirlər”. Apasport.az saytı xəbər verir ki, bu sözləri Braziliya yığmasının sabiq müdafiəçisi Robert Karlos deyib.

Türkiyənin “Sivasspor” və “Akhisar” klublarını çalışdırdıqdan sonra yayda Hindistana yollanan Karlos bu ölkənin “Delhi Dinamos” klubu ilə müqavilə imzalayıb. Komandanın “sükanı arxası”na keçən sabiq “6 nömrə” futbolçu karyerasını da bərpa edib. Belə ki, o, yeni iş yerində oynayan məşqçi funksiyasını yerinə yetirir.

Braziliya mətbuatına danışan Karlos Hindistanda özünü yaxşı hiss etdiyini, yerli əhali tərəfindən sevildiyini bildirib: “Demək olar ki, vaxtımı oteldə keçirirəm. Oteldən işə, işdən otelə. Hindistanda mənə böyük hörmətlə yanaşırlar. Bunu küçədə, restoranlarda, bir sözlə, hər yerdə görürəm. Yeri gəlmişkən, Hindistanda Braziliya yığmasının və Madrid “Real”ının azarkeşləri çoxdu”.

Karlos söhbət əsnasında Azərbaycanın da adını çəkib. Belə ki, o, yayda ölkəmizdən təklif aldığını açıqlayıb: “Adını çəkdiyim ölkələr – Çin, Türkiyə, Azərbaycan, Özbəkistan, o cümlədən Hindistanda futbol sahəsində böyük işlər görülür, struktur formalaşdırılır. Hindistanda çox yaxşı təcrübə yaşayıram. Hamı mənə dəstək olur. Bura gəlməmişdən öncə başqa təkliflər də var idi. Azərbaycan, İran və Cənubi Afrikadan təklif almışdım. Məni məşqçi kimi dəvət edirdilər. Qətər və Çində işləmək variantı da var idi. Amma mən Hindistanda çalışmağa qərar verdim”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 210 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...