Kəramət Böyükçöldən xəbər var: Atası yanındadır

Kəramət Böyükçöldən xəbər var:

"Kəramətin vəziyyəti yaxşıdır”.

Bunu Qaynarinfo-ya açıqlamasında tanınmış yazar Kəramət Böyükçöllə onun kirayədə yaşadığı mənzildə saxlanılan Ramil Zeynalov deyib. O bildirib ki, Murad Köhnəqala da daxil olmaqla gecəni üçü bir yerdə - 28-ci polis bölməsində qalıblar:

"Gecəni şöbədə qaldıq, indi buraxdılar. Murad yanımdadır, evə gedirik. Kəramət yaxşıdır. Atası yanında idi, görüş vermişdilər”.

"Sizcə, Kəraməti buraxacaqlar” sualına Ramil Zeynalovun cavabı belə oldu:

"Bu gün yox...”

Qeyd edək ki, avqustun 18-də gənc yazar Kəramət Böyükçöl hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Daxili İşlər Nazirliyiin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov mətbuata açıqlamasında Kəramət Böyükçöünl qonşularının və kirayədə qaldığı evin sahibinin şikayətləri əsasında saxlanıldığını deyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
667 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...