Azərbaycanda qadın vəkilin fəaliyyəti dayandırıldı

Azərbaycanda qadın vəkilin fəaliyyəti dayandırıldı

Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin növbəti iclası keçirilib. Bu barədə “Report”a VK-dan məlumat verilib.

Bildirilib ki, vəkil Janna Bağırova ilə bağlı şikayətlər araşdırılıb. Qərara əsasən, J.Bağırovanın fəaliyyəti dayandırılıb və VK-dan xaric olunması ilə bağlı məhkəməyə müraciət olunub.

Bundan başqa, Baş Prokurorluğun vəkillər - Zibeydə Sadıqova ilə Nemət Kərimlinin vəkillik fəaliyyətinə xitam verilməsi ilə bağlı təqdimatı rədd edilib.

Həmçinin Rəyasət Heyəti vətəndaşın digər vəkil Bəhruz Bayramovla bağlı şikayətinin rədd edilməsi ilə bağlı qərar çıxarıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
828 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...