Binəli Yıldırım və xanımı koronavirusa yoluxub

Binəli Yıldırım və xanımı koronavirusa yoluxub


Türkiyənin keçmiş baş naziri Binəli Yıldırım və həyat yoldaşı Semiha Yıldırım koronavirusa yoluxub.

Yenisabah.az xəbər verir ki, o, bu barədə “Facebook” səhifəsində paylaşım edib.

“Səhhətimizdə yaranmış narahatlıqla əlaqədar bu səhər Semiha xanımla birlikdə Ankara şəhər xəstəxanasına getdik. COVİD-19 testimiz müsbət çıxdı. Səhəttimizdə elə bil problem yoxdur. Həkimlərimiz evdə müalicə almağımızı məsləhət gördü. Vətəndaşlarımızdan qaydalara riayət etmələrini xahiş edirik. Dua edir, dua gözləyirik”, - deyə sabiq baş nazir yazıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
676 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...