Yelena Pirverdiyevanın köməyinizə ehtiyacı var: “Yaşamağa cəmi altı ayım qalıb”
Yelena Pirverdiyevanın köməyinizə ehtiyacı var: “Yaşamağa cəmi altı ayım qalıb”
Həmyerlimiz Yelena Novruz qızı Pirverdiyeva ağır onkoloji xəstəliklə mübarizə aparır. Bakıdakı həkimlərin dediyinə görə, onun yaşamasına cəmi altı ay qalıb. Türkiyəli həkimlər onun şansının olduğuna inanırlar, ancaq qadının maddi vaziyyəti buna imkan vermir.
“Tibbi müayinələr və testlər üçün kredit götürdüm, amma təəssüf ki, Türkiyəyə bilet üçün pul çatmır. Bunun üçün 850 manat tələb olunur və kartımda isə cəmi 213 manat var”, - Pirverdiyeva Media.Az-a müsahibəsində deyib.
2019-cu ilin avqust ayında qadın dördüncü mərhələdə kolorektal xərçəng olduğunu öyrənib:
“Bu, yoğun bağırsağın bədxassəli neoplazmasıdır. Şişlər adenokarsinoma kimi xarakterizə olunur”.
Onun sözlərinə görə, şiş son mərhələdə aşkar olunduğundan dərhal kimyəvi terapiya kursu təyin olunub:
“Həkimlər sağalma şansının olduğunu deyirlər, amma təəssüf ki, bunun üçün pul yoxdur”.
O qeyd edib ki, artıq 2017-ci ildə Bakıda əməliyyat olunub:
“Həkim dedi ki, bağırsaq keçməzliyim var, şişi kəsdi, ancaq onu histologiyaya göndərmədi. Beləliklə, iki ilimi itirdim və bu müddət ərzində metastazlar ortaya çıxdı. Yalnız keçən il, ürək bulanması və sağ hipokondriyada kiçik ağrılar başlayanda dəhşətli diaqnozu öyrəndim. İndi metastazlar qaraciyərdə, ağciyərlərdə, mədədə müşahidə olunur. Çox istəyirəm ki, sağalım, mənə kömək edin!”
Yelena Pirverdiyevaya kömək etmək istəyənlər 055 585 15 12 nömrəsinə zəng edə bilərlər.
Yelena Pirverdiyevanın hesabı: 90072347
Şəxsiyyət vəsiqəsinin FİN kodu: 2RPF4HX
Ödəniş Pashabank.az saytında bir karta köçürməklə onlayn xidmət vasitəsilə edilə bilər. Ödəniş Milliön vasitəsi ilə də mümkündür.
Yelena Pirverdiyevayanın adına olan kart nömrəsi: 4182 4957 8558 9593 (Pasha Bank)
666 dəfə oxundu