"Qarabağ Dirçəliş Fondunun" Nizamnaməsi və strukturu təsdiqlənib

"Qarabağ Dirçəliş Fondunun" Nizamnaməsi və strukturu təsdiqlənib


Prezident İlham Əliyev Qarabağ Dirçəliş Fondunun fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.

Fərmana əsasən, “Qarabağ Dirçəliş Fondunun Nizamnaməsi” və “Qarabağ Dirçəliş Fondunun strukturu” təsdiq edilib.

Müəyyən edilib ki, Qarabağ Dirçəliş Fondunun (bundan sonra – Fond) nizamnamə fondu 1 (bir) milyon manatdır və dövlət büdcəsinin vəsaiti hesabına formalaşdırılır.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir

Fond əməyin ödənişi fondunu, işçilərinin say həddini və əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğini bir ay müddətində təsdiqləməli, fərmandan irəli gələn digər məsələləri həll etməlidir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
498 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...