"KİVDF pul və mənzil bölüşdürmək fonduna çevrilmişdi" - AÇIQLAMA

"KİVDF pul və mənzil bölüşdürmək fonduna çevrilmişdi" -
“Bu gün çap kütləvi informasiya vasitələrinin inkişafı üçün heç bir infrastruktur yoxdur. Demək olar ki, yayım sistemi mövcud deyil. Kütləvi informasiya vasitələrinin maliyyə və iqtisadi fəaliyyətini təmin etmək üçün reklam bazarı yoxdur. O da dağılmış vəziyyətdədir. 90-cı illərin sonlarıyla müqayisə etsək, bugünki reklam bazarı heç onun 10 faizini təşkil etmir”

Bunu Hurriyyet.org-a müsahibəsində Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri, media aksperti Arif Əliyev deyib. O, ləğv edilmiş KİVDF adlı qurumun sadəcə pul və mənzil bölüşdürmək işinə baxdığını bildirib:

“Ümid edirəm ki, yeni yaradılmış Medianın İnkişafı Agentliyi KİVDF-dən köklü şəkildə fərqlənəcək. Əks təqdirdə biz mediada yaranmış böhranı aradan qaldıra bilməyəcəyik. Bunun üçün yeni yaradılmış agentlik medianın böhran vəziyətinin səbəblərini dəqiq araşdırmalıdır. KİVDF pul və mənzil bölüşdürmək fonduna çevrilmişdir. O, başqa problemlərlə məşğul olmurdu. Azərbaycan jurnalistikasında real problemlər, birinci növbədə qanunvericilikdən qaynaqlanır. Azərbaycanda mövcud qanunvericilik müstəqil medianın formalaşmasına şərait yaratmayıb. Bundan əlavə, illərlə və məqsədli şəkildə dağıdılmış infrastruktur bərpa olunmalıdır. Bu gün çap kütləvi informasiya vasitələrinin inkişafı üçün heç bir infrastruktur yoxdur. Demək olar ki, yayım sistemi mövcud deyil. Kütləvi informasiya vasitələrinin maliyyə və iqtisadi fəaliyyətini təmin etmək üçün reklam bazarı yoxdur. O da dağılmış vəziyyətdədir. 90-cı illərin sonlarıyla müqayisə etsək, bugünki reklam bazarı heç onun 10 faizini təşkil etmir. O da ciddi nəzarət altındadır. Reklam bazarı real medianın ehtiyaclarını ödəməyə yönəldilməyib. Reklam sahəsində peşəkar problemi də var. Media sahəsində peşəkar inkişaf minimum 10-15 ildir ki, dayanmış vəziyyətdədir. Bundan əlavə, başqa məsələlər də var. İnformasiya mənbələrinə çıxış problemi gündəmdə olmalıdır. Hazırda, real informasiya mənbələri işləmir. Dövlət orqanlarının mətbuat xidmətlərinin böyük əksəriyyəti öz funksiyalarını yerinə yetirə bilmir. Bəzi hallarda, əksinə olaraq senzura rolunu oynayır. Yəni, bu problemlərlə bağlı dəfələrlə danışılıb. Mövcud problemlərin təsnifatı verilib. Yeni yaradılmış Medianın İnkişafı Agentliyi bu problemlərlə məşğul olmalı və həlli yollarını müəyyənləşdirməlidir. Bu istiqamətdə olan layihələri maliyyələşdirməlidir. KİVDF adlı qurum isə sadəcə pul və mənzil bölüşdürmək işinə baxıb. Onun da nəticəsini gördük. Məsələn, müharibə dövründə Gəncədə baş verən hadisələri Azərbaycan mediasından yox, Türkiyə mediasından izləməyə məcburuyduq. Hətta, çox böyük məbləğdə pullar yönəldilən televiziya kanallarımız elə bir vəziyyətdədirlər ki, onlar birbaşa reportajları təmin etmək imkanına da malik deyillər”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
501 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...