Qaz sayğaclarından narazı olan abonentlərin NƏZƏRİNƏ

Qaz sayğaclarından narazı olan abonentlərin

“Azəriqaz” abonentlərin müraciəti ilə sayğacların əvəz olunmasını həyata keçirə bilər.

Bunu “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev deyib.

O bildirib ki, çoxsaylı müraciətləri nəzərə alaraq, əgər abonentlər tərəfindən ərizə formasında müraciətlər olunarsa, “Azəriqaz” 10 iş gün müddətinə onların sayğaclarını smart-kart sayğacları ilə əvəz edə bilər.

Bəzi ərazilərdə qazlaşma prosesinin aparılması ilə bağlı isə qurumun baş direktoru bildirib ki, qazlaşdırma işləri müəyyən proqram çərçivəsində mərhələli həyata keçirilir və artıq “Azəriqaz” üzrə qazlaşdırma səviyyəsi 96,2 faizdir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
500 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...