Qaxda qarın hündürlüyü 48 sm olub - FAKTİKİ HAVA

Qaxda qarın hündürlüyü 48 sm olub -
Milli Hidrometeorologiya Xidməti faktiki havanı açıqlayıb.

Xidmətdən bildirilib ki, fevralın 25-i saat 10:00-a verdiyi məlumatına əsasən ölkə ərazisində hava şəraiti yağıntılı olub, qar yağıb, şimal-qərb küləyi tədricən 10-14 m/s-dək mülayimləşib.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.5 metrədək aşağı enib.

Qar örtüyünün hündürlüyü Sarıbaşda (Qax) 48, Qubada 20, Altıağacda 19, İsmayıllı, Lerikdə 18, Daşkəsəndə 16, Şirvan, Ağsu, Qəbələ, Qobustanda 14, Oğuz, Xaltanda 13, Lənkəran, Qrız, Göygöldə 12, Astarada 11, Kişçay (Şəki), Gədəbəydə 9, Tərtərdə 8, Zərdab, Bərdədə 7, Göyçay, Qusar, Gəncə, Yardımlıda 5, Göytəpə, Zaqatala, İmişli, Ağdamda 4, Mingəçevirdə 3, Ağstafa, Şəki, Naftalan, Şəmkir, Ceyrançöldə 2, Kürdəmir, Tovuzda 1, Bakıda 17, Maştağa, Pirallahıda 3 sm olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
958 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...