“Youtube” rusiyalı jurnalistin Krımla bağlı filminə qadağa qoyub

“Youtube” rusiyalı jurnalistin Krımla bağlı filminə qadağa qoyub
“Youtube” rusiyalı jurnalist Andrey Kondraşovun “Krım. Vətənə gedən yol” (Крым. Путь к Родину) filminə qadağa qoyub.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, videohostinq qadağanın səbəbi kimi filmin bir sıra auditoriya üçün qəbuledilməz və təhqiredici olduğunu göstərib.

“Youtube”nin məlum qeydi “Rossiya 24” telekanalının youtube-kanalındakı səhifəsində çıxan filmin üz qabığında əks olunub. Belə ki, filmə baxmaq istəyən istifadəçilər “Youtube cəmiyyəti tərəfindən bu məzmun bır sıra auditoriyalar üçün qəbuledilməz və ya təhqiredici müəyyən olunub” xəbərdarlığını alırlar.

Qeyd edək ki, “Krım. Vətənə gedən yol” filmində Rusiya Prezidenti Vladimir Putinin geniş müsahibəsi yer alıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 263 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...