Xalq artisti Fərhad Bədəlbəyli: “Bu gün hər kəs qarabağlıdır”

Xalq artisti Fərhad Bədəlbəyli:

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva martın 16-da düşmən tapdağından azad olunmuş Şuşa şəhərini ziyarət ediblər.

Ölkə başçısının Vətən müharibəsindən sonra Şuşanı ikinici dəfə ziyarət etməsini alqışlayan Bakı Musiqi Akademiyasının rektoru, əslən Şuşadan olan Xalq artisti Fərhad Bədəlbəyli Modern.az-a deyib ki, bu gün hər kəs qarabağlıdır:

“Əvvəla, onu deyim ki, hər bir şuşalı üçün bu hadisə böyük bir möcüzədi. Bir il bundan öncə heç ağlıma gəlməzdi ki, mən Şuşaya gedəcəm. Mən qarabağlıları digərlərindən ayırmıram, bu gün bütün Azərbaycan Qarabağlıdır.

Ən əsası, bizim Şuşanı necə bərpa edəcəyimizdir... Cənab Prezident Şuşanın dünyanın ən gözəl şəhərlərindən biri olacağını deyib. Bu çox gözəl səslənir. Şuşada hər şey çox yüksək səviyyədə olmalıdır.

Mən təklif edirəm ki, hər kəs Şuşa haqqında öz fikirlərini desin.Bəlkə biri digərindən daha gözəl ideya irəli sürəcək”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
959 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...