"Nar" və AzTU əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirib

"Nar" və AzTU əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirib
Azərbaycanda yerli kadrların yetişməsi, onların beynəlxalq rabitə bazarında seçilən peşəkarlardan birinə çevrilməsi məqsədilə “Nar” Azərbaycan Texniki Universiteti (AzTU) ilə əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirib.

Şirkətdən verilən məlumata görə, “Azerfon” MMC-nin (“Nar” ticarət nişanı) baş icraçı direktoru Qunnar Panke və AzTU-nun rektoru Vilayət Vəliyev keçirdikləri görüşdə bu barədə müzakirələr aparıblar. Əsas prioritet olaraq yaşıl enerji sahəsində əməkdaşlıq imkanlarının dəyərləndirilməsi müəyyən edilib və mövcud layihələrin karantin qaydalarına uyğun şəkildə davam etdirilməsi razılaşdırılıb.

Rektor AzTU-nun iqtisadiyyat və sənaye sahələri üzrə kadrlar hazırlamaq imkanı olduğunu bildirib: “Məqsədimiz biznesdən gələn tələblər və tələbələrin biznesin təcrübi problemləri ilə tanışlığı əsasında rabitə bazarının ehtiyaclarına uyğun peşəkarlar hazırlamaqdır. Bu, həm də peşəkar ehtiyacın yerli kadrlarla ödənməsi baxımından yerli biznesin marağındadır”.

“Azerfon” MMC-nin baş icraçı direktoru Q. Panke isə universitetlə genişmiqyaslı layihələr həyata keçirmək niyyətində olduqlarını bildirib: “İnanıram ki, bizim əməkdaşlığımız texniki sahə üzrə təhsil alan tələbələri yeni nailiyyətlərə ruhlandırır. Əməkdaşlığımızın əsas məqsədi Azərbaycanda rabitə sahəsində peşəkar kadrların hazırlanmasına və onların beynəlxalq rabitə bazarında əcnəbi həmkarlarından daha üstün mövqeyə çatmasına dəstək olmaqdır”.

“Nar” 2015-ci ildə AzTU ilə imzalanmış Anlaşma Memorandumu əsasında bir sıra layihələr həyata keçirib. “Nar” GSM laboratoriyası, tələbələr üçün nəzəri və təcrübi təlimlər, əlaçıların mükafatlandırılması bu əməkdaşlıq çərçivəsində həyata keçirilir.
"Nar" və AzTU əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirib



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 238 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...