Azərbaycanda dəfn xərci nə qədərdir? - VİDEO

Azərbaycanda dəfn xərci nə qədərdir? -

Dəfn xidmətlərinin qiyməti toy mərasimlərinin qiyməti ilə rəqabətə girə biləcək qədər yüksəkdir. Halbuki, bu xərcləri, ölənin ailəsinin maddi vəziyyətindən asılı olaraq müəyyən formada dəyişmək mümkündür.

Baku TV araşdırmasıyla ölü yiyələrini çətin vəziyyətə salan məqamları ortaya çıxarıb.

Ölü sahibləri bildirir ki, təkcə cənazənin yuyulma və kəfənlənməsi 50-150 manata başa gəlir. Yas çadırının bir günlük kirayəsi 700-1500, ehsan isə 1800-2200 manat səviyyəsində dəyişir. Bu hələ son deyil. Məzar yerinin qiyməti 300 manatdan 1000 manata kimi, qəbir daşları və aksessuarları isə 350-2500 manat arasında dəyişir. Ən bahalı qəbir daşının qiyməti 40 min manatdır.

Ətraflı süjeti təqdim edirik:





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
941 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...