Federasiyadan Kostova açıqlaması

Federasiyadan Kostova açıqlaması

"Bizə müvafiq bildiriş gəlib. Məsələdən xəbərimiz var".

Bu barədə "Report"a açıqlamasında Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) Mətbuat katibi Kənan Məstəliyev dünya və 4 qat Avropa çempinu Boyanka Kostovanın dopinqə görə müvəqqəti diskvalifikasiya olunmasına münasibət bildirərkən deyib.

AAAF rəsmisi hadisələrin gedişatını izlədiklərini və yekun qərarı gözlədiklərini söyləyib: "Bu, prosedura uyğun olaraq müvəqqəti kənarlaşdırılmadır".

Qeyd edək ki, 59 kq çəki dərəcəsində yer alan bolqarıstanlı legionerin orqanizmindən istifadəsi qadağan olunmuş stanozolol anabolik steroidi tapılıb. İdmançı B testinin analiz nəticəsini tələb etmək hüququna malikdir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 436 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...