Məmmədyarov bu gün Aronyanla qarşılaşacaq
Şahmat üzrə Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun VI mərhələsində bu gün növbəti 5 tur keçiriləcək.
Azərbaycan təmsilçilərindən Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov “The FTX Crypto Cup”un VI turunda bir-birinə rəqib olacaq. Rəcəbov ağ, Məmmədyarov isə qara fiqurlarla oynayacaq.
VII turda Məmmədyarovu qara fiqurlarla Ermənistan təmsilçisi Levon Aronyana qarşı oyun gözləyir. Rəcəbov isə ağ fiqurlarla rusiyalı Yan Nepomnyaşinin müqavimətini qırmağa çalışacaq.
Azərbaycan şahmatçılarının bugünkü görüşlərinin təqvimi belədir:
VI tur
Teymur Rəcəbov - Şəhriyar Məmmədyarov
VII tur
Şəhriyar Məmmədyarov - Levon Aronyan (Ermənistan)
Yan Nepomnyaşi (Rusiya) - Teymur Rəcəbov
VIII tur
Teymur Rəcəbov - Uesli So (ABŞ)
Şəhriyar Məmmədyarov - Yan Nepomnyaşi (Rusiya)
IX tur
Uesli So (ABŞ) - Şəhriyar Məmmədyarov
Maksim Vaşye-Laqrav (Fransa) - Teymur Rəcəbov
X tur
Teymur Rəcəbov - Alan Piçot (Argentina)
Şəhriyar Məmmədyarov - Maksim Vaşye-Laqrav (Fransa)
İlk 5 turdan sonra Teymur Rəcəbov 3 xalla 5-ci, Şəhriyar Məmmədyarov isə 1,5 xalla 14-cüdür.
Qeyd edək ki, yarış 23 - 31 mayda gerçəkləşəcək. Turnirin mükafat fondu 220 min ABŞ dolları və 100 min dollar məbləğində bitkoindir.
965 dəfə oxundu