“Haber Global” Kəlbəcərdə şəhid olan jurnalistlərə görə Ermənistanı qınadı
“Haber Global” Azərbaycanın Kəlbəcər rayonunda jurnalistlərin minaya düşərək şəhid olması ilə əlaqədar bəyanat yayıb.
"Report" xəbər verir ki, bəyanatda deyilir:
“Ermənistan minalanmış ərazilərin xəritələrini Azərbaycana vermədiyi üçün Kəlbəcərdə və Qarabağın müxtəlif bölgələrində işləyən və ya işləyəcək bütün mətbuat nümayəndələri bu təhlükə ilə üz-üzədir.
“Haber Global”ın sabiq aparıcısı Osman Girgin, jurnalistlər Ela Sezen, Hasan Uylaş, Murat Karataş və həmkarları da Qarabağda təhlükə altında vəzifə borclarını yerinə yetiriblər. Vəzifələri yalnız ictimaiyyəti məlumatlandırmaq olan bu jurnalistlər də eyni faciəni yaşaya bilərdilər.
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun kədərini ürəyimizdə hiss edərkən, “Haber Global” olaraq Ermənistanı razılaşmaya uyğun olaraq mina xəritələrini təqdim etməyə çağırırıq.
Qoy bundan sonra KİV nümayəndələri, mülki vətəndaşlar minaların qurbanı olmasınlar”.
Qeyd edək ki, iyunun 4-də saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu “Kamaz” markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində 3 nəfər – Sirac Abışov (Az TV telekanalının operatoru), Məhərrəm İbrahimov (Azərtac xəbər agentliyinin əməkdaşı), Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olub, digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə cinayət işi başlanılıb.
Hazırda intensiv istintaq-əməliyyat hərəkətləri həyata keçirilir.
1 473 dəfə oxundu