Beşəm doğulan ailəyə hansı güzəştlər veriləcək? - Nazirlik

Beşəm doğulan ailəyə hansı güzəştlər veriləcək? -
Bakı Sağlamlıq Mərkəzində (BSM) beşəm uşaqlar dünyaya gətirən 29 yaşlı Lamiyə Mürşüdlüyə dövlət tərəfindən veriləcək müavinətin məbləği açıqlanıb.

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İctimaiyyətlə əlaqələröbəsinin müdiri Rəşad Mehdili Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, “Sosial müavinətlər haqqında” Qanuna əsasən, uşağın anadan olmasına görə birdəfəlik müavinət (200 manat) verilir:

“Yeni doğulan beş uşağın hər birinə görə 200 manat məbləğində birdəfəlik müavinət olmaqla, həmin ailəyə ümumilikdə 1000 manat məbləğində birdəfəlik müavinət veriləcək. Bu müavinətin təyinatı proaktiv qaydada həyata keçiriləcək”.

R.Mehdili deyib ki, bundan başqa, ailə aztəminatlıdırsa, ünvanlı dövlət sosial yardımla bağlı elektron qaydada müraciət də edə bilər:“Bu zaman ailənin ünvanlı dövlət sosial yardımla bağlı hüququnun yaranıb-yaranmayacağına baxıla bilər”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 097 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...