Ronaldo “Coca-Cola”nı 4 milyard dollar zərərə saldı - VİDEO

Ronaldo “Coca-Cola”nı 4 milyard dollar zərərə saldı -

Portuqaliya milli komandasının kapitanı Kristiano Ronaldonun Avropa Çempionatındakı mətbuat konfransı zamanı iki ədəd “Coca-Cola” şüşəsini qarşısından götürərək kənara qoyması şirkət səhmlərinin qiymətinin 4 milyard dollar düşməsinə səbəb olub.

Yeniavaz.com “The Guardian” nəşrinə istinadən bildirir ki, 36 yaşlı futboçu ölkəsinin Macarıstanla F qrupunda oynayacağı oyundan əvvəl Budapeştdə keçirdiyi mətbuat konfransında “Coca-Cola” butulkalarını özündən uzaqlaşdırıb və adi su şüşəsini əlinə alaraq portuqal dilində “Agua” (“su”) deyə səslənib.

Ronaldonun bu davranışından sonra şirkətin səhmlərinin qiyməti 56,10 dollardan 55,22 dollara düşüb”. “Coca-Cola”nın bazar dəyəri isə 242 milyard dollardan 238 milyard dollar enib.

“Avro 2020”nin təşkilat komitısindən isə bildiriblər ki, mətbuat konfransında oyunçulara “Coca-Cola” ilə birlikdə su da təklif olunur: “Hər kəsin içki seçmə hüququ var”.

Qeyd edək ki, “Coca-Cola” “Avro 2020”nin rəsmi sponsorlarından biridir.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 045 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...