Şəhid Elşən Müslümovun baralyefinin açılışı olub - Abşeronda

Şəhid Elşən Müslümovun baralyefinin açılışı olub -


Abşeron rayonu, Hökməli qəsəbəsində çavuş Müslümov Elşən Habil oğlunun (02.09.1995-13.10.2020) xatirə lövhəsi və baralyefinin açılışı olub. Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, Yasamal Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Hüseyn Əfəndiyev, şəhidin ailə üzvləri və rayon ictimaiyyəti iştirak edib. İ.Gülməmmədova çıxış edərək şəhidlərin xatirəsinin əbədiləşdirmək üçün bütün lazimi tədbirlərin görüldüyünü qeyd edib. I və II Qarabağ müharibəsi zamanı həyatlarını itirən 150-dən çox şəhidimizin adına küçə salındığını deyən başçının sözlərinə görə, həmin küçələr abadlaşdırılaraq sakinlərin istifadəsinə verilib. Hökməli qəsəbəsinin yeni yaşayış massivində küçələrdən birinə şəhid E.Müslümovun adının verildiyini və baralyefinin yaradıldığını vurğulayan icra başçısının bildirdiyinə görə, bu abidə gələcək nəslin vətənpərvərlik ruhunda böyüməsində böyük əhəmiyyətə malikdir.

RİH başçısı bildirib ki, cənab Prezident İlham Əliyevin uzaqgörən siyasəti və qətiyyəti sayəsində, eləcə də şəhidlərimizin, qazilərimizin hesabına torpaqlarımızın işğalına son qoyulub.

Sonra Yasamal RİH əməkdaşları, şəhid ailələri, qəhrəmanımızın səngər yoldaşları və ictimaiyyət nümayəndələri şəhidimiz barəsində xatirələrindən danışaraq Allahdan ona rəhmət diləyiblər.

Daha sonra şəhid ailələri ilə görüşən İ.Gülməmmədova onların qayğıları və problemləri ilə maraqlanıb.

Şəhid ailələri də cənab Prezident İlham Əliyevə öz təşəkkürlərini bildirərək onlara göstərilən diqqət və qayğıdan razı qaldıqlarını ifadə ediblər. İgidlərimizin Azərbaycanın azadlığı uğrunda döyüşdüyünü və öz müqəddəs borclarını şərəflə yerinə yetirdiklərini vurğulayıblar.

Şəhid Elşən Müslümovun baralyefinin açılışı olub -
Şəhid Elşən Müslümovun baralyefinin açılışı olub -
Şəhid Elşən Müslümovun baralyefinin açılışı olub -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 451 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...