Hökumət peyvənd olunanlara "iPhone 12" verəcək

Hökumət peyvənd olunanlara "iPhone 12" verəcək
Çexiyanın Baş naziri Andrey Babis vaksinasiya olunanlara "iPhone 12" mobil telefonunun veriləcəyini deyib.

Unikal.org xəbər verir ki, mobil telefonla bərabər idman ayaqqabıları və oyun yükləmə platforması olan "Steam"-də istifadə edilə biləcək endirim kuponu veriləcək.

Bununla bağlı baş nazir sosial media hesabında paylaşım edib. Belə ki, hədiyyələr paytaxt Praqada açılacaq xəstəxanalarda peyvənd olunanlara veriləcək. Lakin bu, həftədə bir dəfə olan çəkiliş vasitəsilə həyata keçiriləcək.

Məlumatlara görə, bunun edilməsində məqsəd daha çox 16-29 yaş arası insanları vaksinasiya olunmağa ruhlandırmaqdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
698 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...