"ANS-in açılacağına çox ümid edirəm" - Vahid Mustafayevdən AÇIQLAMA
Şayiələrə uymayın! Azərbaycan xalqının davamlı tələbinə tabe olaraq, ANS yayım lisenziyasını almaq üçün MTRŞ-nın bu tenderində də iştirak edir.
MTRŞ təhsil verəcək və maarifləndirəcək TV ilə bağlı müsabiqə elan edəndə ANS Şirkətlər Qrupuna bağlı üç şirkətimiz (İNS ÇM, Balans və istipress) sənədləri hazırladı və MTRŞ-ya təqdim etdi: bütün sənədlər də həmişəki kimi qaydasındadır; həm hüquqi sənədlər, həm təşkilati, həm də maddi-texniki baza barədə məlumatlar. İyulun 23-də MTRŞ üzvləri maddi-texniki bazaları yoxlamaq üçün avadanlıqların olduğu ərazilərə də baş çəkdilər və hər şeyin qaydasında olduğunu dillərinə gətirdilər və bu barədə müvafiq aktlara imzalar atıldı.
İllərlə bütün orta məktəblilərin gözlədiyi və sevimlisi olan “Ağıl dəryası” verilişi birbaşa təhsillə bağlı idi və məhz ANS-in bu verilişi sayəsində qalib şagirdlər dünyanın aparıcı ali təhsil müəssisələrinə göndərilirdilər (ödənişsiz! Təhsil xərclərini ANS TV ödəyirdi!). Digər verilişlər də məhz təhsil verir, insanları maarifləndirir, Azərbaycanın və dünya çaplı məşhur insanlar barədə tamaşaçıları hərtərəfli məlumatlandırırdı. “Dahilərin divanı”, “Şəxsiyyət vəsiqəsi”, “Keçmişə salam”, “Kamerton” və sair verilişlər bu qəbildəndir. ANS-in əsas xətti isə şagirdlərimizi, tələbələrimizi və ümumiyyətlə, gənclərimizi Vətənpərvərlik ruhunda tərbiyə etmək və onları Vətənimizə layiq Vətəndaş böyütmək idi. Məhz bu səbəbdən ANS-i tanıyan hər bir Azərbaycanlı, böyükdən balacayadək, kanalı hər zaman Vətənpərvər adlandırır. Unutmayaq ki, Vətənimizin və regionun bütün müasir tarixinin videoarxivi də ANS-dədir və təhsil işində, həm nəzəri, həm də praktiki cəhətdən vacib olan bu dərsliyin maarifçilikdə xüsusi yeri var. Onu da unutmayaq ki, ANS Akademiyasının məzunları bu gün Azərbaycanımızın ən yüksək dövlət və biznes pillələrində özlərinə yer tapıblar və xalqımıza layiqincə qulluq edirlər. Bu, öz növbəsində, bir daha ANS-in yüksək peşəkarlıqla tədris işini aparmaqda vacib alətlərinin və ən əsası, təcrübəsinin olmasından bəhs edir! Yəni bu istiqamətdə savadımız da var, bacarığımız da! Ən azı, digər iştirakçılardan fərqli olaraq bu işdə 30 illik təcrübəmiz var! Ona görə də bu müsabiqədən qalib çıxacağımıza inamım var! Çünki Dövlətimə və onun yeni, gənc komandasına inanıram!
P.S. ANS-in konsepsiyasının əsasını təşkil edən DƏQİQ, QƏRƏZSİZ VƏ VİCDANLILIQ prinsiplərinə zidd olan hər hansı təklif yenə də qəbul edilməyəcək.
830 dəfə oxundu