“Azərbaycanda qadını seksual alət kimi görürlər” - Mehriban Zeynalova

“Azərbaycanda qadını seksual alət kimi görürlər” -

Ötən gün açıqlanan statistikaya görə ölkə əhalisinin sayı 10 milyon 142 min 392 nəfərə çatıb. Doğulanlardan 53,2 faizi oğlan, 46,8 faizi isə qız uşaqları olub.

Nəyə görə Azərbaycanda qızların sayı getdikcə azalır? Bu problemin gələcəkdə mənfi nəticələri olacaqmı?

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova mövzu ilə bağlı Yenisabah.az-a danışıb. O, qeyd edib ki, həyəcan təbili çalmağın vaxtıdır:

“Əvvəl yeni doğulan körpələr arasında qızlar 47% təşkil edirdi. Hər kəs narahatlıq keçirirdi. İndi 46%-ə düşübsə, həyəcan təbili çalmağın vaxtıdır.

Hər kəs düşünür ki, qız övladım olsa çox problem yaşayacam. Qızımı yoldan çıxaracaqlar, başına nə isə pis iş gələcək və s kimi düşüncələr insanları qorxudur. Bu səbəbdən qız övladından imtina edirlər.

Digər problem isə bizim cəmiyyətdə qadına qarşı seksual qısnamalar, qadının cins olaraq ancaq seksual alət kimi görülməsidir”.

Mehriban Zeynalova ana bətnində körpələrin abort olunması haqda da danışıb:

“Biz istəyirik ki, selektiv abort, erkən nigah olmasın. Lakin abort məsələsi ləğv olunsa belə insanlar başqa imkanlar tapıb oğlan uşağı dünyaya gətirəcəklər.

Milli Məclis və Hüquq Mühafizə orqanları bu formada cinayət tərkibli hərəkətləri qiymətləndirməlidir. Biz bu aspekti diqqətdə saxlamalıyıq və cəzalar tərtib olunmalıdır. Bu məsələlər həll olunmadıqca cinsi azalma olacaq və genofonda, əhali artımına təsir göstərəcək”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
984 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...