"Putin məndən daha çox zəngindir, ancaq mən işğalçı deyiləm" - İlon Maskdan SENSASİON AÇIQLAMA
“Taym” jurnalının “İlin adamı” seçdiyi texnologiya milyarderi İlon Mask bir sıra mövzu ilə əlaqədar maraqlı fikirlər səsləndirib.
Gundeminfo.az xəbər verir ki, iş adamı “Taym”a müsahibəsində Rusiya Prezidenti Putin qədər zəngin olmadığını iddia edib.
“Əgər hər şeyi edə bilən robotlarla yüksək səviyyədə avtomatlaşdırılmış gələcəyimiz varsa, işinizi məcbur olduğunuz üçün yox, istədiyiniz üçün etməlisiniz”, – Mask bldirib.
Mask bəşəriyyətin Marsda quracağı sivilizasiyanın birbaşa demokratiya və azadlıq üzərində bərqərar olacağını deyib: “İnsanların qatıldığı demokratiya olmalıdır. Qanunlar qısa olmalıdır, çünki onlar nə qədər uzun olsa, bir o qədər də aldadıcı olur”.
İş adamı əlavə edib: “Qaydaların son müddəti olmalıdır ki, sistemin sonu bürokratiyanın əlindən olmasın. Ətalətin qarşısını almaq üçün bütün qaydalar 40 faiz səslə ləğv edilməlidir. Azadlıq…”
Onun sözlərinə görə, insanların istədikləri mal və ya xidmətlərə çıxışlarının olduğu bir utopiya varsa, demək. hər kəs bolluq içindədir.
Milyarder dünyanın ən zəngin insanı olmaq haqqında nə düşündüyünü də açıqlayıb. Özünü o qədər də zəngin hiss etmədiyini bildirən Mask buna misal olaraq Rusiya Prezidenti Vladimir Putini göstərib: “Bəzi hegemon güclər var, bunu bilirsiniz. Düşünürəm ki, Prezident Putin məndən daha çox zəngindir. Amma mən ölkələri və ya başqa bir şeyi işğal edə bilmərəm”./teleqraf/
711 dəfə oxundu