“Kimsə hansısa piri müqəddəs hesab edirsə, bu o demək deyil ki, ora müqəddəs yerdir”

“Kimsə hansısa piri müqəddəs hesab edirsə, bu o demək deyil ki, ora müqəddəs yerdir”

“Azərbaycanda qanunvericilik institutunun formalaşmasına ehtiyac var”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Turizm haqqında” yeni hazırlanan qanun layihəsinin müzakirəsi zamanı parlamentin Mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafa deyib.

Deputat bildirib ki, bu, bir sıra məsələyə peşəkar yanaşmanın daha ciddi şəkildə tətbiq edilməsi üçün vacibdir: “Hansısa dövlət qurumdan gələn qanun layihələrində maraqlar toqquşur. Bizim tərəfimizdən bu qanun layihəsi qəbul edildikdən sonra vətəndaşların ziyanına olan və hansısa qurumun marağı üstün tutulan bir qanun ortaya çıxır”.

Deputat qanun layihəsində turistlərin hüquq və vəzifələrinə də toxunub: “Bu maddələri biz heç Azərbaycan vətəndaşı üçün təmin edə bilmirik. İkincisi müqəddəs yerlərlə bağlı məsələdir. Azərbaycanda hansı müqəddəs yer var? Burada tarixi, dini yerlər yazılsa, daha yaxşı olar. Kimsə hansısa piri müqəddəs hesab edirsə, bu o demək deyil ki, ora müqəddəs yerdir. İslam dünyasında “müqəddəs”, “halal” sözlərini spekulyasiya edirlər”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
709 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...