"İrəvanda tapılan abidəni araşdırmaq üçün azərbaycanlı alimlər də cəlb olunmalıdır"
Nəsiman Yaqublunun sözlərinə görə, Ermənistan ərazisində aşkarlanan tarixi abidələri araşdırmaq Azərbaycanın haqqıdır. Və bu, beynəlxalq hüquq normalarına uyğundur. Tarix elmləri doktoru bildirib ki, hər hansı ölkənin ərazisində olan maddi mədəniyyət abidəsi yalnız bir xalqa məxsus deyil:
“Mədəniyyət abidələri bəşəriyyətə aiddir”.
Bizim.Media-ya özəl açıqlamasında tarixçi mövzu ilə bağlı başqa məsələlərə də diqqət çəkib.
Ən əsası odur ki, azərbaycanlı mütəxəssislərin Ermənistanda aşkarlanan tarixi tapıntıları öyrənmək, orada araşdırmalar aparmağa haqqı çatır:
“Necə ki, bu gün Azərbaycan ərazisində hər hansı bir kilsə tapılan kimi ermənilər həmin saat ora az qalırlar bütün beynəlxalq heyəti araşdırmaya göndərələr və özlərinki kimi təqdim edələr. Baxmayaraq ki, həmin kilsələrin onlara aidiyyatı yoxdur. Beynəlxalq qurumlar ermənilərə görə tez narahat olub bu işlərə qoşulan kimi, həmin qurumlar bizim də haqqımızı tanımalıdırlar. Ora (indiki Ermənistan ərazisi) ermənilərin bölgəsi olmayıb ki. Əksər qədim abidələrin hamısını araşdırsan, qədim türk abidələridir. Bu abidələrin araşdırılmasına beynəlxalq qurumlar, hüquq təşkilatları ciddi dəstək verməlidirlər.
UNESCO birbaşa bu işlərlə məşğuldur və bizi dəstəkləməlidir.
Xatırladaq ki, dekabrın 18-də Ermənistan paytaxtında İrəvanın Ağqoyunlu, Qaraqoyunlu, Səfəvi, xanlıqlar (İrəvan xanlığı) və Çar Rusiyası işğalı illərini əhatə edən tarixi tapıntıları üzə çıxıb. Sadalanan orta əsr dövlətləri Azərbaycana aid olsa da, onların irsinə aid tapıntıları ermənilər araşdırır. Daha doğrusu, təhrif edərək erməniləşdirilir.
695 dəfə oxundu