“Səbuhi Xanlarov ad-soyadlı biri daxili işlər orqanlarında xidmət keçməyib” - DİN- dən CAVAB

 “Səbuhi Xanlarov ad-soyadlı biri daxili işlər orqanlarında xidmət keçməyib” -
Sosial şəbəkələrdə Səbuhi Xanlarovun Daxili İşlər Nazirliyinin keçmiş əməkdaşı olması barədə xəbərlər yayılıb.

Lent.az xəbərinə görə, S. Xanlarovun canlı yayımda bildirib ki, əvvəllər daxili işlər orqanlarının əməkdaşı olub və hazırda DİN-dən təqaüd alır.

Onun açıqlaması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Lent.az-ın sorğusuna cavab olaraq bildirib ki, Səbuhi Xanlarov ad-soyadlı biri daxili işlər orqanlarında xidmət keçməyib: “Həmin ad-soyadda biri Daxili İşlər Nazirliyinin təqaüdçüsü də deyil”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
718 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...