Pediatr uşağına vitamin verən valideynlərə çağırış edib

Pediatr uşağına vitamin verən valideynlərə çağırış edib
“Bəzən valideynlər həkim tövsiyəsi olmadan övladlarına vitamin verirlər. İnsanlar arasında uşaqlara kalsium verilməsi dəb halını alıb”.

“Report” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Erkin Rəhimov deyib.

Onun sözlərinə görə, qan analizləri verilmədən uşağa adi vitamin verilməsi məsləhət deyil: “Bir dərmanın faydalı olması üçün onun bədəndən sovrulması da mütləqdir. B12 çatışmazlığı zamanı bir çox insanlarda dərman sovrulması alınmır. Biz bunu iynə vasitəsilə edirik. Ona görə də həkim yoxlanışı olmadan dərman qəbulu yolverilməzdir”.

E.Rəhimov əlavə edib ki, qan azlığı ilə bağlı həkimə müraciət edənlərin əksəriyyəti qurd fobiyasından ehtiyat edirlər: “Qan azlığına səbəb olacaq qurd sayı çox deyil. Bildiyimiz qurd növləri qan azlığına səbəb olmur. Əgər pasiyentdə qan sovuran qurd təsdiqlənibsə, bunu müalicə etmək lazımdır. Adətən, bu cür müalicə üsulu elə də çətin olmur”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
897 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...