Həm koronavirus, həm də qripdə eyni əlamətlər görünə bilər

Həm koronavirus, həm də qripdə eyni əlamətlər görünə bilər
“Peyvənddən sonra yoluxmalar az da olsa mümkündür”.

APA xəbər verir ki, bunu həkim-infeksionist Vüsalə Yaşar "Koronavirusla mübarizədə diqqət yetirilməli məqamlar" mövzusunda çıxışı zamanı deyib. Onun sözlərinə görə, həmin şəxslər "Omikron" ştamını yüngül keçirsələr də, daha çox insanı yoluxdururlar:

"Bütün bunlara baxmayaraq peyvəndlənmənin üstün olduğunu düşünürəm. Onun sayəsində biz xəstəliyi yüngül keçiririk. Xəstələrdə daha çox öskürək və yüksək hərarət müşahidə olunur. Bədən hərarəti 39 dərəcəyə qədər yüksələ bilər. Həm koronavirusda, həm də influenza qripində bu əlamətlər görünə bilər".

O deyib ki, bütün dünyada, eləcə də ölkəmizdə koronavirusa yoluxanların sayı artır:

“Xüsusən də "Omikron"la bağlı bəzi ölkələrdə kritik rəqəmlər müşahidə olunur. Bu çox insanın təlaşına səbəb olan bir vəziyyətindir. Buna görə də xəstəliyin nəzarətə alınmasından danışa bilmirik. Yoluxma sayı yüksək olsa da, xəstəxanalarda aktiv xəstələrin sayı azdır. Vaksin yoluxma zəncirini qırmağın və xəstəliyi nəzarət altına almağın yeganə yoludur”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
714 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...